Putin Əliyevə işğal altındakı torpaqları geri qaytarmağı təklif edə bilər

10.08.2014 - 16:23

Rəsmi Kreml görüşlə bağlı ictimaiyyətə geniş məlumat verməyə borclu idi”.

“Rəsmi Kreml görüşlə bağlı ictimaiyyətə geniş məlumat verməyə borclu idi”.

Bu sözləri Axar.az-a politoloq Fərhad Mehdiyev Kremlin Soçi görüşü ilə bağlı yaydığı məlumata münasibət bildirərkən dedi.
 Onun
sözlərinə görə, Moskva Soçi görüşü barədə mümkün qədər danışmamağa
çalışıb və bu da müəyyən versiyaların meydana çıxmasına səbəb olub:
 “Kremlin
yaydığı məlumatda prezidentlərin üçtərəfli görüşü və Qarabağ münaqişəsi
barədə bir kəlmə də yazılmayıb. Amma bu barədə ictimaiyyətə xəbər
verilməli idi. Son anda məlum olur ki, üçtərəfli görüş baş tutacaq.
Məlumatlandırma işi niyə aparılmayıb və məqsəd nədir – bu sual
maraqlıdır”.
Görüşdən sonra… 
Ekspertin fikrincə, prezidentlərin görüşündən sonra cəbhədə vəziyyət yenidən gərginləşəcək:
 “Hər
halda, gərginləşmə olacaq. Bu gözləniləndir. Bilirsiniz, istənilən
halda Rusiyanı izləmək lazımdır. Azərbaycan hər şeyi nəzərə alaraq
istənilən vəziyyətə hazır olmalıdır”.
Putin İlham Əliyevə təklif verəcək 
Politoloq onu da bildirdi ki, görüşdə Putin İlham Əliyevə bir sıra təklif verəcək:
 “Putinin
İlham Əliyevə təkliflər edəcəyini proqnozlaşdırırıq. Rusiyalı
politoloqların Soçi görüşü ilə bağlı Qarabağ müzakirəsi zamanı
təxminlərini nəzərə alsaq, bu danışıqların Azərbaycan üçün yaxşı
nəticələnəcəyi ehtimalını irəli sürə bilərik, daha doğrusu, bu, bizim
istəyimizdir. Kremlə bağlı olan “Nezavisimaya qazeta”nın iddialarına
əsasən, Dağlıq Qarabağ ətrafında olan işğaldakı torpaqlarımızın
qaytarılması məsələsinin gündəmə gələcəyini də düşünmək mümkündür. Ancaq
Rusiya bunun qarşılığında mütləq Avrasiya İttifaqına qoşulma məsələsini
qaldıracaq. Çünki Qərbin sanksiyaları qarşısında sıxılan Rusiya artıq
bəyan edib ki, Azərbaycandan idxalı artırmaq niyyətindədir. Bu faktın
özü bir daha təsdiqləyir ki, Moskva Azərbaycanla iqtisadi münasibətləri
yüksək müstəviyə qaldırmaq qərarındadır”.
Hər şey Azərbaycanın istədiyi kimi gedir
 Rusiyanın beynəlxalq vəziyyətinə toxunan politoloq hadisələrin Azərbaycanın xeyrinə işlədiyini də bildirdi:
 “Rusiyanın
beynəlxalq vəziyyətini nəzərə alsaq, hər şey Azərbaycanın istədiyi kimi
gedir. Çünki ABŞ və Qərb ölkələri ilə qarşılıqlı sanksiya şəraitində
olan Rusiya Türkiyə və Şərqə üz tutub. Təbii ki, bu proseslərdən
Azərbaycan kənarda qala bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31