"Azərbaycan Ordusu gözlənilmədən müharibəyə başlaya bilər"

ANS-in məlumatına görə, Ermənistan Qarabağ müharibəsi Veteranlar
Şurasının sədri Yura Mikaelyan son vaxtlar cəbhədə yaranmış gərginliyə
münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu səbəbdən Ermənistan ordusu hər an müharibəyə hazır olmalıdır.
“Allah göstərməsin, Qarabağ müharibəsi başlasa, gərək biz buna hazır
olaq. Əsgərlərin döyüş ruhunu qaldırmaq lazımdır”, deyə keçmiş döyüşçü
deyib.
Təsadüfi deyil ki, cəbhədəki son hadisələrdən sonra Ermənistanın
Qarabağ müharibəsinin döyüşçüləri tez-tez bəyanatlar verməyə başlayıb.
Çünki cəbhədəki son döyüşlər Azərbaycan Ordusunun nəyə qadir olduğunu
göstərdi. Erməni kəşfiyyat-təxribat qrupunun basqınları zamanı qarşı
tərəf xeyli itki verdiyinə görə, erməni əsgərlərdə ruh düşkünlüyü
yaranıb. Ötən həftə isə 4 erməni diversantın zərərsizləşdirilməsi üçün
keçirilən əməliyyat qarşı tərəfi çaşdırıb. Belə ki, hərbçilərimiz
onların daha yaxın məsafəyə gəlməsinə imkan yaratmış, daha sonra onları
tələyə salaraq məhv etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=10806