İntiqam Əliyevin saxlanma şəraiti dözülməzdir

12.08.2014 - 00:47

Bütün gün qan-tər içindədir, nəfəs ala və yata bilmir”

“Bütün gün qan-tər içindədir, nəfəs ala və yata bilmir”

Hazırda
həbsdə olan, Kürdəxanı təcridxanasında saxlanılan hüquqşünas İntiqam
Əliyev barədə son xəbəri jurnalist Xədicə İsmayıl sosial şəbəkədəki
statusunda paylaşıb. 

X.İsmayıl
yazıb ki, hüquqşünas hələ də karantində saxlanır: “Karantin dedikləri
yer cərimə təcridxanasında bir balaca otaqdır. Səkkiz nəfər bapbalaca
otaqda. Hamı siqaret çəkir, amma siqaret çəkmək üçün balkon, pəncərə
nəzərdə tutulmayıb. Kameranın qapısındakı pəncərə gün ərzində açıq
qalmalıdır, amma bağlanır. Temperatur çox yüksəkdir və bütün gün hamısı
qan-tər içindədirlər. Hamam yoxdur, normal tualet də yoxdur. Gündə 2
dəfə 1 saat ərzində su verilir. Günün qalan hissəsi 8 nəfər bir baçok
suyun ümidinə qalır. Otaq havalanmır. İki balaca nəfəskeş (fortoçka)
var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera
ağcaqanadla doludur, buna görə də yata bilmirlər. İntiqam müəllim bu
müddət ərzində bir dəfə də açıq havaya çıxarılmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31