Sabah havanın hərarəti 43 dərəcə olacaq

16.08.2014 - 17:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
avqustun 17-də gözlənilən hava haqqında məlumatı açıqlayıb. Lent.az-ın
nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sabah
Bakıda havanın temperaturu gecə 23-27, gündüz 34-38, yarımadanın bəzi
yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 40-45 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna
çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29
dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturunun gecə 20-25, gündüz 35-40 , bəzi yerlərdə 43,
dağlarda gecə  12-17,  gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31