Siqaret çəkənlər şadlıq saraylarından çıxarılacaq – VİDEO

05.01.2018 - 10:20

Artıq bir neçə gündür ki, qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?

Xəzər Xəbər xəbər verir ki, bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Şadlıq saraylarından bildirildi ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir.İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.

Bununla belə restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.

Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=109281

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31