“İndiyə qədər alınan maşınlar hamısı problemlidir”- ŞİKAYƏT

08.01.2018 - 11:31

Bakı şəhər sakini Elməddin Novruzlu şikayət məktubu ünvanlayıb

Elməddin Novruzlunun şikayəti 4 ay bundan öncə satın aldığı Çin istehsalı “Great Wall haval M2” modeli ilə bağlıdır. Bakı şəhər sakini şikayətində qeyd edib ki, maşına 10.000 manat pul ödəyib aldıqdan sonra texniki baxışdan keçirmək üçün “Great Wall”-ın öz avtomobil servisinə aparıb. Maşına texniki baxış keçirən ustalar maşında heç bir problemin olmadığını söyləyib və xidmət haqqı kimi də 20 azn pul alıblar.
Elməddin Novruzlu həmçinin bildirib ki, uşaq yaşlarından avtomobil sürdüyünə görə, avtomobili ilk idarə etdiyi gündən onun sürətlər qutusunda problem olduğunu anlayıb və maşını yenidən servisə aparıb: “Usta “bizə gələn bütün “Great Wall” maşınlarının hamısında bu problem var.
Problem sürətlər qutusunun “Variator”olması ilə bağlıdır, bu səbəblə də, beyində gecikmələr olur” dedi. Mən isə buna etiraz olaraq bildirdim ki, nə qədər müştəri sizdən maşın alır, insanları niyə bu cür aldadırsınız? Cavabı “Maşını yoxlayıb alardınız” oldu. Adama deyərlər mən maşını başqa yerdə yoxladacağamsa, siz niyə servis işlədirsiniz? Bu qədər insan nəğd və ya kreditlə maşın alır ki, sizin kimi fırıldaqlar onları aldadıb cəmiyyətin zəifliyindən istifadə edəsiniz?
Bir sözlə, bütun “Great Wall” markalı avtomobillərin hamısının sürətlər qutusunda problem var və bunun da təmiri mümkün deyil. Xarab oldusa, 3000 azn verilməlidir ki, yeni sürətlər qutusu gətirilsin”. Qeyd edək ki, Elməddin Novruzlu “Great Wall” şirkətinin özünə (Çin) də şikayət məktubu yazaraq məlum problemlə bağlı tədbir görülməsini tələb edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (tia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=109453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31