Goranboyda tapılan 104 yaşlı qadın kimdir? – Müəmmalı vəziyyət

08.01.2018 - 13:37

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının əsl kimliyi müəyyən edilməyib. O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı ortaya çıxıb.

104 yaşlı çeçen qadın isə israrla Kərbəla adı ilə aldadılaraq Goranaboya gəldiyini deyir. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğunu göstərir.

“Təmiz Dünya” ictimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, yaşlı qadın onların sığınacağına gətiriləndə əlində sənəd kimi təqdim etdiyi kağız parçası olub.

“Sənəd kimi təqdim etdiyi kağız parçası çox köhnə idi, heç nə oxumaq mümkün deyildi. Biz qadın haqqında onun dediklərinə əsasən məlumat yazmışdıq. Həmçinin onun Çeçenistandan olmasına da əmin deyiləm. Bizə Çeçenistandan zəng edib dedilər ki, onlarda belə ad, soyadda vətəndaş yoxdur”.

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib, daha sonra “Təmiz Dünya” ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib. Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. O, Kərbalaya getdiyini və aldadılaraq bura gətirildiyini iddia edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109477

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31