Bakıda vəhhabi iki gəncin qanını tökdü

19.08.2014 - 13:47

Bakıda vəhhabi bir söz üstündə iki nəfərin qanını axıdıb. Gənclərin
“Bismillah” kəlməsi ağızlarında qalıb. “milli.az”ın verdiyi məlumata
görə, hadisə dünən saat 21:00 radələrində Qara Qarayev prospektində,
metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.
Sərnişin
avtobusunda 24 yaşlı Hilal Bedjanov və 21 yaşlı Xəyal Bayramovun digər
bir sərnişinlə “Bismillah” sözü üstündə mübahisəsi düşüb. Vəhhabi olan
saqqallı bir şəxs həmin gənclərə əsəbləşərək avtobusdan düşürüb. Elə
küçənin ortasında hər ikisinə bıçaqla zərbə vuraraq qaçıb.
Nizami
rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət
Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə
cinayət işi başlanıb.
Araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31