Qadın zorakılığına yox deyək!

13.01.2018 - 09:29

Gender bərabərliyi təkcə inkişaf etməkdə olan cəmiyyətlərdə deyil, inkişaf etmiş olkələrdə də ciddi məsələlərdən biridir. Hər nə qədər qadın hüquqlarından danışılsa da, bir çox cəmiyyətlər qadını kişidən daha aşağı səviyyədə görür, istər iş, istərsə də məişət həyatında qadınlar bir çox zorakılıqlara, haqsızlıqlara məruz qalırlar.
İnkişaf etmiş olkələrdə iş həyatında qadınlar arxa planda qalaraq huquqları pozulur.Geridə qalmış ölkələrdə isə qadınların huquqlarıtəhsildən, iş həyatından uzaq saxlanılmaqla, hətta evlənərkən həyat yoldaşını seçməyə izn verməməklə pozulur.
Qadın hüquqlarının pozulması deyəndə ilk olaraq ağıla şərq cəmiyyətləri gəlir. Dini bilgilərini Qurandan deyil, xurafatlardan alan insanlar qadınlara nifrət edir, onları evdə saxlamağa, insanlarla ьnsiyyətini məhdudlaşdırmağa, təhsildən və s. kimi haqlarından məhrum etməyə çalışırlar.
Halbuki Quranda qadınlar təriflənir və qadın-kişi haqlarının eyni olduğu bildirilir.
Qərb cəmiyyətlərində isə qadın haqlarının pozulması fəqrli ideologiyalar altında özünü göstərir. Darvinizm qadını təkamulunu tamamlamamış varlıq kimi qələmə verir.
Darvin “İnsanın mənşəyi” kitabında qadınların geri və aşağı səviyyəli mədəniyyətə sahib olduqlarını yazır.
Darvinizmdən bəhrələnən nasist Almaniyasında 1929-cu ildə fəaliyyət gostərən 39 nasional-sosialist təhsil qurumundan yalnız ikisi qızlar ьзьn idi. Nasistlər ьзьn qadının vəzifəsi coxalma fermalarında üzünü ilk dəfə gördükləri alman gənclərindən hamilə qalaraq arian irqini ortaya cıxarmaq idi. Kapitalizm isə qadını alınıb-satılan obyektə cevirdi. Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı qeyd edir ki, hər il iki milyon qadından sərhədlərdən kənar qadın alverində istifadə edilir.
Qadınlara qarşı tətbiq olunan zorkılığa gəlincə isə Fundamental Huquqlar uzrə Avropa İttifaqı Agentliyi (FRA) Avropanın 28 ölkəsində 18-72 yaşları arasında 42000 qadın ilə çox geniş tədqiqat aparıb. Əldə edilən nəticəyə gorə ən cox zorakılığın törədildiyi ölkə Danimarkadır. Sonrakı yerləri Hollandiya və Fransa tutur.
2011-ci ildə ABŞ hokumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin zorakılığa məruz qaldığı aşkar olub. 29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Dunyadakı qadın cinayətlərinin 40%-də qatil ya qadının əri, ya nişanlısı, ya da sevgilisidir.
Bu zorakılıqlar qadınların yaşamaq həvəsini sondurur.
Qadınlar təzyiq gorduklərindən gozəl və cazibədar olmaqdan cəkinirlər. Qadının ağlı, işgьzarlığı və duşunmə qabiliyyətindən istifadə edilmir. Halbuki qadınlar daima dərin duşunur, onlar sənətə, gozəlliyə daha cox meyl edirlər.
Əgər cəmiyyət qadına önəm verməz, geridə tutarsa, həmin dovlət guclu ola bilməz. Qadınların hьquqları kişilərlə eyni, hətta daha зox olmalıdır. Kişilərin qadınlardan ьstьn olması, qadınların ağlının az olması ilə bağlı fikirlər tamamilə aradan qaldırılmalıdır. Təhsildə, siyasətdə, iş həyatında və digər sahələrdə qadınlara ьstьnlьk verilməlidir.

Aysel Aydın

Short URL: http://www.cumhuriyyet.net/?p=109920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31