Şəki sakini qanunsuz borcdan narazılıq edir – Müraciət…

15.01.2018 - 09:54

Azərenerji ACS-nin prezidenti cənab E.Pirverdiyevə,

Azərişıq ASC-nin sədri cənab Baba Rzayevə

Şəki rayonun Baş Göynük kənd sakini Abdurahmanaov Altay Bəxtiyar oğlu

Tərəfindən Ş İ K A Y Ə T

Əvvəl bildirim ki, şəxsi evimə Şəki İşıq idarəsi tərəfindən 2016-cı il üçün 50 manat borc yazılmışdı. Sonradan araşdırma zamanı məlum oldu ki, mənim bir istehlakçı olaraq aylıq ödədişlərim istifadə etdiyim işıqdan 37 AZn çox olub. Yəni dövlətin mənə 37 AZn borcu yaranmışdı. Lakin buna baxmayaraq bizim adımıza yazılan borc silinməmiş, üstümüzdə qalmışdır. Belə ki, 2017-ci ilin dekabrın əvvəlində kəndimizdə aparılan kabbeləşməilə bağlı sayğacımız bizim evdə olmadığımız vaxt qəfil dəyişdirilmiş və yenə bizə 84 AZn borc yazılmışdır. Bizim ailə hər ay 10-20 manat işıqpulunu il boyu ardıcıl olaraq ödəyirik. Bütün qəbzlər əlimzdədir. Ailəmiz üç nəfərdən ibarətdir. Qış uzunu odun sobasından istifadə edirik. Borca görə “Azərişıq” ASC –nin nümayəndələri işığımızı şəbəkədən ayırıb getmişlər. Budur, qapıbir qonşum Verdiyeva Bacıxanım Zülfi qızı tək yaşayan qadındır. İşilə bağlı bu adam səhər işə gedir və axşam cəmi 3-4 saat işıqdan istifadə edir. Ona da 300 manat borc yazılıb. Onu da qeyd edim ki, 8000 min əhalisi olan Baş Göynük kəndimizdə biz “gizli işıqdan” istifadə etməyən 5-6 ailədən biriyik. 2017-ci ilin dekabr ayınadək kəndə verilən və yığılan işıqpullarını müqayisə etsəniz bunun şahidi ola bilərsiniz.

Hörmətli Etibar və Baba müəllim. Xahiş edirəm bu qanunsuzluqların qarşısının dərhal alınması barədə göstəriş verəsiniz.

İmza: A.B.Abdurahmanov. 050-2736834.

Dia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=109980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31