“Bayaq həyat yoldaşım zəng vurub məni söyürdü” – Əli Mirəliyev

17.01.2018 - 14:06
Tanınmış müğənni Əli Mirəliyev ötən gün mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib.

Cumhuriyyet.net  xəbər verir ki, “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində müğənni bildirib ki, həyat yoldaşıyla münasibəti sənətdən uzaqlaşdığı on il ərzində soyuqlaşıb:

“Mən həyat yoldaşımla sevib evlənmişəm. Aramızdakı soyuqluğun səbəbi onun yaşa dolması deyil. Vaxtında toylara gedəndə mənə qulluq edirdi. Toyda heç nə yemirdim. Gecə evə gələndə durub mənə yemək verirdi, qulluğumda dururdu. Sonra mən on il oxumadım. Həmin müddətdə hardansa gələndə çay istəyirdim, deyirdi ki, çay ordadır, get, süz, iç. Bu bir neçə dəfə təkrarlandı və mənim ürəyim sındı. Deməli, bağda ərik var idi, salam əleyk var idi məsələsi oldu. Ürəyimin sındığını özünə deməsəm də, incidim. Bayaq da zəng vurub məni söyürdü. Dedim ki, xanım, sən ölmüş olsan da, ikinci dəfə evlənmərəm. Kişinin bir arvadı olar. Həyatı belə yaşayıram. O təqsiri özündə görməlidir. Mən nə var onu deyirəm, yalan danışmağı bacarmıram”.

Qeyd edək ki, Əli Mirəliyev yenicag.az-a açıqlamasında bildirmişdi ki, həyat yoldaşıyla iyirmi ildir bacı-qardaş kimi yaşayırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=110244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31