Məşhur Avropa çempionlarımız qumarxanada – FOTOLAR

18.01.2018 - 09:50

Şahmat üzrə Azərbaycan millisinin üzvləri Eltac Səfərli və Qədir Hüseynov “Topaz”ın ümidinə qalıblar.

Yenicag.az xəbər verir ki, hər iki şəxs ötən gün Bakıda fəaliyyət göstərən “Topaz” məntəqəsində görüntülənib.

Təxminən 19:00 radələrində mərc məntəqəsinə üz tutan şahmatçılar burada tennis üzrə mərc ediblər. Onların mərc etdikləri oyun kuponu üzrə qazanc əldə edib-etmədikləri dəqiq bilinməsə də, milli üzvlərinin “Topaz”ın ümidinə qalmaları böyük sual doğurur.

Nəzərə alaq ki, hər iki şəxs, xüsusən də millimizin kapitanı Eltac Səfərli Azərbaycan idman camiəsində kifayət qədər tanınır. Belə olan halda milli üzvləri atdıqları addımlara da diqqət yetirməlidirlər.

Düzdü, burada qeyri-qanuni heç nə yoxdur. “Topaz” da rəsmi mərc şirkətidir. Ancaq onu da nəzərə alaq ki, bu şirkət onminlərlə insana bəla gətirir, insanları intihara sürükləyir, onların ailələrini dağıdır. Buna görə də, “Topaz”ı qanuni qumarxana adlandıranlar da var.

Son olaraq qeyd edək ki, hər iki şahmatçımız Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub. Buna görə də, onlara böyük miqdarda mükafatın ödənildiyi sirr deyil.

Məşhur Avropa çempionlarımız qumarxanada
Məşhur Avropa çempionlarımız qumarxanada
Məşhur Avropa çempionlarımız qumarxanada

Short URL: http://www.cumhuriyyet.net/?p=110295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31