BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib-FOTO

18.01.2018 - 16:59

Yanvarın 18-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd edib. Bakı Slavayan Universitetində 20 Yanvarla bağlı silsilə tədbirlərin nəzərdə tutulduğunu deyən R.Novruzov gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa səsləyib.

Çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 90-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan X.Sultanova Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb, xalqımıza qarşı törədilən bu cinayəti düzgün tarixi faktlarla gələcək nəslə ötürməyin vacibliyini vurğulayıb.

Sonra universitetin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə, BSU üzrə YAP sədri Sevinc Axundova mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışçılar  həmin dövrün canlı şahidləri kimi mühüm faktlarla keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs ediblər. Faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirən natiqlər baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıblar.

Dəyirmi masada BSU-nun “Sabah” qrupunun IV kurs tələbələri Səidə Qədimova, Şəhla Rəhimli və Fatimə Əlixanlı Azərbaycan, rus, ingilis dillərində çıxış edərək 20 Yanvar hadisəsi və həmin dövrdə ölkədə baş verən olaylarla bağlı hazırladıqları video materialı təqdim ediblər.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=110352

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930