Dəhşətli görüntülər: 10 qutu siqaret çəkəndən sonra ağciyər hansı vəziyyətə düşür? (VİDEO)

20.01.2018 - 18:55

Siqaretin zərərli olduğunu hamımız bilirik və praktikada da bunu müşahidə edirik.

Cumhuriyyet.net  saglamolun.com-a istinadən xəbər verir ki, bu vərdiş bir çox xəstəlikləri, o cümıədən xərçəng xəstəliyini törədən səbəblərin arasında ön sıralardadır.

Tütün məmulatlarının insan orqanizminə vurduğu zərərlə bağlı çoxlu araşdırmalar var. Bütün bu araşdırmalar bu məhsulların nə dərəcədə zərərli və təhlükəli olduğunu üzə çıxarır.

Bəs siqaret çəkən adamların ağciyərlərində nə baş verir? Ağciyərə daxil olan tüstü orada hansı izləri buraxır? Bu suallara cavab axtaranlar aşağıdakı videoya baxmalıdırlar. Videoçarxda sadəcə, 200 ədəd (10 qutu) siqaretin ağciyəri hansı günə qoyduğu göstərilir. Bunu aydınlaşdırmaq üçün tədqiqatın müəllifi maraqlı bir təcrübə keçirib: O, donuzun ağciyərini götürüb və daha sonra ona nasos qoşaraq tüstünü ağciyərə vurub.

200 ədəd siqareti “çəkəndən” sonra tədqiqatçı ağciyəri kəsib içərisində baş vermiş dəyişikliyi göstərir. Ortaya çıxan mənzərə insanı dəhşətə gətirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31