Azərbaycanlı aktrisa Dubayda “pul yağışı”na tutuldu – VİDEO
Tanınmış aktrisa Gülşən Hüseynli ad gününü anası ilə birlikdə Dubayda keçirib. O, bu haqda Milli.Az-a danışıb: “Mən və anamın ad günü eyni günə təsadüf edir. Anama söz vermişdim ki, ad günümüzü Dubayda keçirəcəyik. Belə ki, ad günümdən bir neçə gün öncə Dubaya uçduq. Biz burada çox gözəl əyləndik. Nağıllar şəhərini çox sevdim”, – aktrisa bildirib. Qeyd edək ki, videoda diqqət çəkən məqamlardan biri də aktrisanın “pul yağışı”na tutulması olub.
Videonu izləmək üçün şəklə klikləyin:
Short URL: http://www.cumhuriyyet.net/?p=110530