Aygün Bəylər məhkəməyə gəlmədi

23.01.2018 - 15:17

Bu gün Əməkdar artist Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı iddiası əsasında Səbail Rayon Məhkəməsində iclas başlayıb.

Bu barədə Oxu.Az-a məlumat verən  R.Ayxanın vəkili Vamiq Şükürov bildirib ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə qatılmayıb:

“Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirildi. Məhkəmənin növbəti vaxtı hələlik bəlli deyil. Bu barədə yaxın günlərdə açıqlama veriləcək. Röya xanım iddiasında Aygün Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir etdiyini yazıb. Buna görə də biz Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat tələb edirik. Eyni zamanda, sözügedən şəxs mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməlidir”.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi. Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=110783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31