BSU-da İctimai Etimad Şurası yaradılıb

24.01.2018 - 15:02

24 yanvar 2018-ci ildə Bakı Slavyan Universitetində ilboyu və imtahan sessiyaları dövründə biliyin obyektiv qiymətləndirilməsi, tələbə və valideynlərin müraciətlərinə münasibətdə şəffaflığın, ədalətin təmin edilməsi məqsədilə İctimai Etimad Şurası yaradılmışdır.  Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov  şuranın koordinatoru seçilmişdir. Trend  Informasiya Agentliyinin Baş Direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Respublika Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin İdarə Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm, Təhsil Departamentinin direktoru Rauf Rəcəbov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in müxbiri Sevinc Mürvətqızı şuranın üzvləri seçilmişlər.

İctimai Etimad Şurasının üzvləri BSU-nun rektoru, professor Nurlana Əlıiyevanın, prorektorlar Rafiq Novruzov, Telman Cəfərov, Xanım Sultanova və İctimaiyyətlə Əlqaələr şöbəsinin müdiri İbrahim Quliyevin qatıldığı Dəyirmi masada təhsilimiin real vəziyyəti və şuranın gələcək fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən BSU-nun rektoru universitetdə həyata keçirilən quruculuq işləri, mənəvi mühitin sağlamçlaşdırılması məqsədilə görülən tədbirlər barədə şura üzvlərinə qısa məlumat verib. O, cəmiyyətimizdə ictimai rəyin son dərəcə böyük rol oynadığını, obyektivliyin və şəffaflığın təmin edilməsinin məhz ictimai nəzarətdən keçdiyini vurğulayıb. Rektor şura üzvlərini universitetlə təkcə imtahan sessiyası dövründə deyil, hər zaman görmək istədiyini bildirib.

Professor Şahlar Əsgərov, millət vəkili Növruz Aslan və digərləri BSU-nun təkcə təhsil sahəsində deyil, həm də ölkəmizin ictimai-siyasi  həyatında, Azərbaycanın slavyan dövlətləri ilə əməkdaşlığının genişlənməsində əhəmiyyətli mövqeyə malik olduğunu bildiriblər. Onlar ayrı-ayrı ölkələrin səfirlərinin BSU ilə əlaqələrini yüksək qiymətləndirərək bu təcrübənin digər ali məktəblərə yayılmasının da vacibliyini qeyd edibər.

Daha sonra İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləmək üçün auditoriyalara baş çəkiblər. Onlar Pedoqoji fakültənin IV kurs tələbələrinin, magistratrantların imtahanlarında iştirak edib, qısa sorğu -sualdan sonra gənclərə öz tövsiyələrini veriblər. Şura üzvləri Tibbi biliklərin əsasları fənnindən dövlət imtahanı prosesini də izləyiblər.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=110923

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930