Bruqada sindromu: qəflətən ürəyiniz dayana bilər…

24.01.2018 - 19:33

Qəflətən ürək dayanması son vaxtlar, xüsusən, gənclər arasında artıb. Bəzən tamamilə sağlam adamın ürəyi qəflətən dayanır. “Bruqada sindromu” deyilən bir bəla peyda olub.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, bəzən EKQ müayinəsi zamanı insanın ölümün bir addımlığında olduğu üzə çıxır:

“Amma həmişə belə olmur. Əksər hallarda insanlar ölümə qədər ürək-qan damar sistemində problemlər yaşayır. Ürəyin qəflətən dayanması jurnalistə, həkimə, pinəçiyə baxmır. Vaxtında müdaxilə olunmasa, qəflətən dayanacaq.

Zərərli vərdişlər, artıq çəki, arterial təzyiqin yüksək olması, diabet, hipodinamiya (hərəkətsizlik) və s. risk faktorlarıdır. Vaxtaşırı bəzi müayinələrdən keçmək lazımdır. “Vaxtım, pulum yoxdur” deyənlər hər gün kafe-restoranlardan şəkil paylaşırlar. Nuş olsun, amma ildə bir dəfə də olsa, kardioloqunuza müraciət edin”.

Qeyd edək ki, ötən gün tanınmış jurnalist Nicat Məlikov 39 yaşında infarktdan dünyasını dəyişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=110962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31