Lotu Quli Ukraynanı da ələ keçirir – BİZNESMENLƏRLƏ KRİMİNAL İTTİFAQ

25.01.2018 - 12:10

Lotu Quli öz emissarlarını Ukraynaya göndərib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.

Məlumata görə, Lotu Qulinin Ukraynadakı əsas dəstəkçisi isə yerli oliqarx Vaqif Əliyev və “Oleq Bakinski” ləqəbli Oleq Krapivindir. Xəbərdə o da deyilir ki, Ukraynada Quliyə müqavimət göstərəcək kriminal avtoritet qalmayıb. Tanınmış ukraynalı qanuni oğrular Serqey Lısenko (“Lera Sumskoy”) Moskvada yaşayır, Andrey Nedzelski (“Nedelya”) Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (“Quqa”) isə deportasiya edilib. Ona görə də Ukraynanı, necə deyərlər, fəth etmək Quli-Əliyev-Bakinski üçlüyü üçün çətin olmayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=111014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31