BSU beynəlxalq konfransa hazırlaşır

27.01.2018 - 16:38

Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı Beynəlxalq elmi konfransın hazırılığına başlanılıb. Konfransın may ayının 3-4-ü tarixlərində keçirilməsi nəzərdə tutulub. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru S.Məmmədov adıçəkilən tədbirin önəmindən danışrkən qeyd edib ki, konfrans ulu öndərin irsinin öyrənilməsində, təbliğ olunmasında mühüm rol oynayacaq. Konfrans günlərində dünyanın bir çox ali məktəblərinin, elm ocaqlarının, diplomatik korpuslarının diqqəti respublikamıza yönələcək. Bu ölkələrimiz arasında inteqrasiyanın, elmi-mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayır.

S.Məmmədov Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin şərəfinə Cümhuriyyət ili elan etməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin də konfrans materiallarında öz əksini tapacağını bildirib.  O, Ümummilli Liderin tariximizə daim xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq həmin ənənənin ölkə Prezidenti tərəfindən ləyaqətlə davam etdirildiyini qeyd edib.

Onu da vurğulayaq ki, konfransda iştirak edəcək ali təhsil müəssisələrinə, elmi-tədqiqat mərkəzlərinə artıq dəvətnamələr ünvanlanıb. Bu sırada  Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Rusiya Ural Federal Universitetinin Sosial və Siyasi elmlər institutu, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Kiyev Milli Linqvistik Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Moskva Dövlət Linqvistik Universiteti və digər ali təhsil ocaqları vardır.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=111219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031