Bakıda sərnişinləri ölümə aparan avtobus – Video

29.01.2018 - 09:05

Bakıda şəhərdaxili avtobuslardan biri qapısı açıq şəkildə hərəkət edir.

Musavat.com Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bir neçə şagird qapıdan sallanaraq gedir. Ani bir diqqətsizlik məktəblilərin yıxılaraq avtobusun altında qalması ilə nəticələnə bilər.

Görüntülər “Koroğlu” metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda qeydə alınıb.

99 JH 483 dövlət nömrə nişanlı avtobusun sürücüsü özünə haqq qazandıraraq deyib ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi isə bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=111237

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31