Şəbnəm: “Özümü öldürəcəm, əl çəkin”

29.01.2018 - 13:15

Müğənni Şəbnəm Tovuzlunun bəzi saytlarda əri deyildiyi bir şəxslə fotoları yayılıb. Xəbərdə həmin kəsin kriminal işlərlə məşğul olduğu qeyd olunub.
UlduzumSan.Az-ın məlumatına görə, məsələ ilə bağlı olaraq Şəbnəm onun haqqında yazılan bu məlumata etiraz edib. O, ağlayaraq, sosial şəbəkələrdə video paylaşıb. İfaçı görüntülərdə canından bezdiyini, özünü öldürmə həddinə çatdığını bildirib: “Allahdan qorxun. Hər birinizin ailəsi var. Bəziləri kimlər ki, o sifarişli yazıları yazdırır məgər siz belə düzgün həyat yaşayırsınız ? Bu respublikada Şəbnəmdən başqa adam yoxdu ? Əl çəkin də məndən, əl çəkin ! Hansısa gicbəsər sizə 5-10 manat verəcək deyə siz mənim, ailəmin haqqında axmaq yazılar yazacaqsınız ?! Bəsdirin də … Mən 102 xidmətinə müraciət etdim, vəkilim bu işlə bağlı məhkəməyə müraciət etdi, iki saytı da məhkəməyə verəcəm. Mən hər zaman jurnalistlərlə dost olmuşam, onlarla mehriban davranmışam. Ancaq yenə kimsə mənim ailəm, ərim, uşaqlarımdan yazsa məndən inciməsinlər. İlk xəbərdarlığı edirəm. Tezliklə mətbuat konfransı edəcəm vəkilim, mətbuat katibimlə birgə məsələyə aydınlıq gətirəcəyik. Bu günkü yazılar silinmədi, bununla bağlı da ərizə yazdım, iş başladı. Heç kəsin haqqı yoxdur mənə belə travmalar yaşatsın. Bu qədər susdum, dedim yazırlar da qoy reytinq qazansınlar. Amma belə insafsızlıq da olmaz axı ?! “.
Qeyd edək ki, ifaçı yazılan xəbərin şər, böhtan olduğu üçün polis idarəsinə gedib ərizə yazıb, həm də vəkilə müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=111292

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31