Azərbaycanlı ailənin uşağını alıb Norveç ailəsinə verdilər – ŞOK SƏBƏB

30.01.2018 - 12:30
Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb.

Cumhuriyyet.net xəbər verir ki, Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı Metbuat.az-a müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.

Həyat yoldaşı həm Norveç, həm də Rusiya vətəndaşı olduğu üçün ailə Rusiya səfirliyinə də müraciət edib. Hətta Rusiya telekanalları ailənin başına gələn hadisəni işqlandırıblar.
İndi Azərbaycanlı ata övladının ona geri qaytarılması üçün dövlət qurumlarından kömək istəyir…

Short URL: http://www.cumhuriyyet.net/?p=111406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31