Elxan Məmmədov: “Azərbaycan Ermənistanla qarşılaşa bilər”

30.01.2018 - 12:37
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərində brifinq təşkil edib.
Qaynarinfo xəbər verir ki, Məmmədov Millətlər Liqasındakı rəqiblərimiz (Malta, Kosovo, Farer adaları) və ölkəmiz tərəfindən müstəqilliyi tanınmamış Kosovo ilə oyun haqda danışıb:
“Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəzi rəqiblərlə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah (bu gün – S.T.) ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq oyunumuz da olacaq (martın 27-də Antalyada baş tutacaq Makedoniya ilə matçı nəzərdə tutur – S.T.).
Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan əvvəl Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq”.
O, Qurban Qurbanovun milliyə təyinatı barədə də verilən suala cavab verib:
“Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır. Millətlər Liqasında məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir”.
Elxan Məmmədov millinin yeni şüarı və Millətlər Liqasında Ermənistanla oyunumuzun olması ehtimalı haqda verilən suala da aydınlıq gətirməyə çalışıb:
“Yeni şüar barədə marketinq şöbəsinin əməkdaşları düşünürlər. Bundan əvvəlki “Niyə də yox?” şüarı ölkədə çox populyar oldu. Düzdür, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı, buna baxmayaraq, addım özünü doğrultmuşdu. Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Bu, problemli oyundur. Püşkə görə, bu mərhələdə düşə bilmədik, amma növbəti mərhələdə qarşılaşa bilərik. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harada olacaq və s. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=111410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31