“Bakubus”da gərgin anlar – Sürücüdən sərnişinlərə anlaqsız davranış
Sərnişinlər avtobusun orta qapısını əllə açmaq məcburiyyətində qalıblar
Dünən 175 saylı avtobusda gərgin anlar yaşanıb.
99-JH-110 dövlət nömrə nişanlı “Bakubus”un sürücüsü Novruz Novruzov içi sərnişinlə dolu olan avtobusu Səməd Vurğun parkının qarşısında saxlayaraq, nəqliyyat vasitəsini tərk edib. Bu zaman sərnişinlər bir müddət qapıları bağlı avtobusun salonunda qalıblar.
Sürücü sərnişinlərdən birinin onu təhqir etdiyini bildirib.
Çıxılmaz vəziyyətdə qalan sərnişinlər sonda avtobusun orta qapısını əllə açmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlar çağrılıb.(yenicag)
Short URL: http://www.cumhuriyyet.net/?p=111478