Tanınmış jurnalistin evini yardılar: “Anamın əməliyyatı üçün qəpik-qəpik yığdığım pulları aparıblar” – FOTO

31.01.2018 - 11:12

Tanınmış jurnalist Ağanisə Sultanovanın evi qarət olunub.

AzNews.az xəbər verir ki, hadisə yanvarın 30-da axşam saatlarında baş verib. Jurnalistin bildirdiyinə görə, oğrular evdən ona məxsus pul və qızıl əşyalarını oğurlayıb:

“Bu gün saat 8-ə işləyəndə evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi. Polislər gələndən sonra qapı açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət əşyası taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi. Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyarətindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Məni bütün maddi ziyanlardan çox hər dəfə aldığım mənəvi zərbələr ağrıdır”.

Jurnalistin sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=111492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31