Elçindən qalmaqallı açıqlama: Müğənni qızla ailə qurmaq olmaz

31.01.2018 - 16:31

Müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanlarına müğənni qızla evlənməyə icazə verməz:

“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz səkkiz övlad valideynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur.

O rəhbərin düzgün məsləhəti, yolu olmasa, olmaz. Qardaşım, bacım övladlarına məsləhət verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni, burada qəbahət bir şey görmürəm. Amma bu, bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=111546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31