“Lider” telekanalı bağlanır- 1000 NƏFƏR İŞÇİDƏN 200-Ü QALIB

11.02.2018 - 19:49

Artıq bir müddətdir ki, “Lider” telekanalında ciddi problemlər yaşanmaqdadır. Belə ki, son 1 il ərzində adıçəkilən telekanalda kütləvi ixtisarlar həyata keçirilib, işçilərin bir qismi isə əməkhaqqlarını ala bilmədiklərindən “Lider”i tərk edib.
Bu barədə bilgili mənbə iddia edir ki, “Lider”də əməkhaqqların gecikməsinə görə növbəti dəfə kütləvi istefalara başlanıb. Telekanaldakı mənbənin verdiyi məlumata görə, işçilər aylardır maaş üzünə həsrət qalıb: “Lider” TV-nin əməkdaşları ötən ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər. Bu ilin yanvar ayında ölkə başçısı tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra “Lider” telekanalının rəhbərliyi işçilərin əməkhaqqlarının tezliklə veriləcəyinə dair söz versə də, hələ də vədinə əməl etməyib”.
“Lider” TV-yə nəzərdə tutulan 600 min manat vəsaitin köçürüldüyünü vurğulayan mənbə bildirir ki, buna baxmayaraq, işçilərin maaşları indiyədək ödənməyib: “Əvvəl “Lider”in 1000-dən çox işçisi var idi. Hazırda əməkdaşların sayı 200 nəfərə qədər azalıb. Bunun da əsas səbəbi əməkhaqqlarınını verilməməsi ilə bağlıdır. Belə ki, aylardır maaşlarını ala bilməyən işçilər mövcud vəziyyətə tab gətirməyib “Lider”i tərk edirlər. Nə vaxta qədər belə davam edəcək, kimsə bilmir. Görünən odur ki, telekanal müflis olmaq üzrədir. İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Əgər belə davam edərsə, o zaman qısa zamanda telekanal bağlanacaq”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(Gununsesi.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112535

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930