Əri gecə ikən xalq artistinin saçını niyə kəsmişdi?

14.02.2018 - 08:31

Rübabə Muradova Azərbaycan musiqisinin, mədəniyyətinin korifey sənətkarlarından biridir. 1933-cü il martın 22-də Ərdəbildə dünyaya göz açan Rübabə xanım yeniyetmə yaşlarında ailəsi ilə birgə Azərbaycana köçüb. İrandan qaçıb gələndə onun təxminən 14-15 yaşı olardı. Bir müddət indiki Şirvan şəhərində yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt Bakıya üz tutur.
Rübabə xanım hələ məktəbli ikən öz bənzərsiz səsi ilə hamını heyran edir. Daha sonra o, musiqi dərnəyinə yazılır və burada görkəmli müğənni, bəstəkar Qulu Əsgərovla tanış olur. Gənc Rübabə getdikcə tamaşalarda, tədbirlərdə çıxış etməyə başlayır. Salyanda qastrol səfərində olan Ələsgər Ələkbərov təsadüf nəticəsində Rübabə Muradova ilə tanış olur və çox keçmir ki, onu Bakıya gətizdirir. 1950-ci ildə Bakıya qədəm qoyan xanəndə Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsil almağa başlayır. Hələ tələbə ikən Opera və Balet Teatrının səhnəsində ilk dəfə Leyli kimi görünür. Onun ifa etdiyi “Qaragilə”, “Bu ayrılıq nədən oldu?”, “Unuda bilmirəm”, “Gecələr yuxusuz qoymusan məni” kimi mahnıları bu gün də sevilir, dinlənilir.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930