Bakıda su borusu partlayıb, 10 evi su basıb – VİDEO

23.02.2018 - 10:16

Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təqribən, 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər “Report”a bildiriblər ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyiblər. Borudan gələn suyun qarşısını isə “Azərsu” ASC-nin əməkdaşları alıblar. Sakinlər bildiriblər ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıblar. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və “Azərsu” ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov “Report”un əməkdaşı ilə söhbətində neçə ildir bu problemi yaşadığını deyib: “Azərsu” ASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, su hələ də küçələrə axır. Bizə 14 ildir deyirlər ki, borunu təmir edəcəyik. Burda öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur”.

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir əziyyət çəkdiklərini söyləyib: “Küçəyə Təcili Tibbi Yardım maşınları da girmir. Çünki borudan axan içməli su yolu keçilməz hala salır”.

Çəkiliş zamanı bir neçə evin həyətinə baxan zaman orada kiçik gölməçələrin olduğunu gördük. Daş hasar üzərindəki iz sübut edir ki, həyətyanı sahələrdə suyun səviyyəsi çəkiliş aparılmamışdan öncə təxminən bir-iki metr hündürlüyə çatıb. Sakinlər bel vasitəsilə borudan hələ də sızan suyun qarşısını almaq üçün qazıntı işi aparıblar. Sızan suyun istiqaməti dəyişdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113745

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930