Alıcılar çəkidə belə aldadılır: Bu fırıldaqdan çoxunun xəbəri yoxdur (VİDEO)

28.02.2018 - 14:05
Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır.
 Cumhuriyyet.net Xəzər TV”yə istinadən xəbər verir ki, həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.
Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.
Faktla bağlı əvvəlcə satıcıların fikirlərini öyrənməyə çalışdıq. Onlar isə müxtəlif bəhanələr gətirdilər.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin faktla qarşılaşan istehlakçılar qurumun 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Bundan sonra komitənin metroloji nəzarət şöbəsi araşdırma aparacaq və lazımı tədbirləri görəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=114248

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31