Süni vitaminlərin ziyanları: Xərçəng, inkişaf qüsurları…

01.03.2018 - 09:18

Harvard Universiteti (ABŞ) alimləri süni vitaminlərlə bağlı olan geniş araşdırma aparıblar.

Alimlər belə qərara gəliblər ki, süni vitamin-mineral kompleksləri və qida əlavələri nəinki faydasızdır, bəzi hallarda insan sağlamlığına hətta ciddi ziyan vura bilər. Xüsusilə bu vitaminlər müstəqil şəkildə, həkimlə məsləhətləşmədən və müayinə keçmədən qəbul olunursa.

Saglamolun.az xəbər verir ki, Amerika alimləri aşkar ediblər ki, süni vitaminləri qəbul edən 40% insan belə terapiyadan heç bir fayda almır.

Yaşlı insanlar və hamilə qadınlara vitaminlər ciddi ziyan vura bilər. Hamiləlik zamanı bu və ya digər vitaminin artıqlığı dölün inkişafına mənfi təsir edə bilər.

Yaşlı insanlarda bəzi vitaminlərin artıqlığı (xüsusilə A vitaminin) şişlərin sürətlə inkişafına gətirib çıxarda bilər. E vitamininin artıqlığı yaşlılarda ürək-damar sisteminə ciddi ziyan vurur.

Bundan əlavə kalsiumun həddindən artıq miqdarda qəbulu yaşlı insanlarda sümüklərin daha da zəifləməsinə gətirib çıxardır, damarların və böyrəklərin sağlamlığına mənfi təsir edir.

Alimlərin fikrinə görə, üzərində “super”, “ekstra”, “forte” kimi yazılar olan vitamin-mineral komplekslər xüsusilə təhlükəlidir ki, onların tərkibində olan vitamin və mineralların miqdarı adi komplekslərlə müqayisədə daha yüksək olur.

Bütün bunları nəzərə alaraq alimlər orqanizmə lazim olan vitamin və mineralları süni qida əlavələrindən deyil, təbii qidadan almağı tövsiyə edirlər. Bu zaman orqanizmdə bu və ya digər vitamin və ya mineralın artıqlığı yarana bilməz. Həmçinin orqanizm qidadan olan vitamin və mineralları daha yaxşı qəbul edir.

Ümumiyyətlə normal qidalanan insana süni vitamin və mineralların qəbuluna ehtiyac yoxdur.

Vitamin komplekslər yalnız istisna hallarda və yalnız həkim tərəfindən təyin edilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=114291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31