Bakıda tikinti şirkəti müflis oldu – Mənzil sahiblərinin pulları necə qaytarılacaq? – VİDEO
Azərbaycanda tikinti şirkətlərindən biri müflis elan olunması üçün məhkəməyə müraciət edib. Bu isə ortaya belə bir sual çıxarır. həmin şirkətin tikdiyi və yarımçıq qalan binalardan mənzil alan şəxslərin pulları necə qaytarılacaq?
Cumhuriyyet.net xezerxeber.az-a istinadən bildirir ki, tikinti şirkəti müflis olduğu iddiasıyla məhkəməyə müraciət edib. Əmlak ekspertləri bildirir ki, belə bir təcrübə Azərbaycanda öncədən olmayıb və bu bir ilkdir. Bu isə həmin şirkətdən mənzil alan şəxslərin vəsaitlərini böyük risk altında qoyur.
Ekspert Emil Cəfərov bildirir ki, vətəndaşlar öz vəsaitlərini təhlükə altında qoymaq istəmirlərsə, o zaman mənzili hansı şirkətdən aldıqlarına əvvəlcədən xüsusi diqqət etməlidirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=114622