Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğında dünyasını dəyişənlərin – FOTOLARI

06.03.2018 - 09:59
Martın 2-si Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.Minval.İnfo xəbər verir ki, yanğın nəticəsində 24 nəfərin yanmış cəsədi aşkar edilib. Dəhşətli hadisədən sonra ölənlərin sayı bəlli olsa da, onların adları açıqlanmayıb.

Buna baxmayaraq dəhşətli hadisədə həlak olanlardan bəzilərinin adları və fotoları yayılıb. Sosial şəbəkələrdə yanğın zamanı dünyasını dəyişmiş insanların yaxınları bu barədə paylaşımlar edirlər.

Faciəvi yanğında ölənlərdən birinin Elnur Süleymanov adlı vətəndaşın olduğu bildirilir.

Sosial şəbəkədə yayılan məlumata görə, Elnur musiqiçi imiş.
Belə ki, baş verən dəhşətli yanğın zamanı dünyasını dəyişən 26 nəfərdən biri də vəkil Elxan Əsədov olub. E.Əsədov da mərkəzdə müalicə alırmış.
Həmin şəxslərdən biri dispanserdə  stomatoloq işləmiş Azər Sadəddinovdur. Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:
“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.
Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.
Narkoloji Dispanserdə yanğın hadisəsində dünyasını dəyişən Suraxanı Qəsəbə sakini 26-yaşlı Fəraməz Nazim oğlu
Allah rəhmət eləsin.

Short URL: http://www.cumhuriyyet.net/?p=114717

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31