“Qaz cihazlarına işarə verən qurğular yerləşdirilərsə, dəm qazı zəhərlənmələri baş verməz” – Baş toksikoloq

07.03.2018 - 15:15

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yanvarda 18 nəfər, fevralda 20 nəfər və martda 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub.

APA-nın xəbərinə görə, bu barədə KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Dəm qazından zəhərlənən xəstələrin hamısının evə buraxıldığını vurğulayan baş toksikoloq bildirib ki, müraciət edənlərin 70 faizi qadındır: “Yanvarda 2, fevralda 3, martda isə cəmi 1 uşaq dəm qazından zəhərlənib. Bu müddət ərzində şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb”.

Şöbə müdiri dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə tövsiyələr də verib. Onun sözlərinə görə, insanlar qaz cihazlarının yaxınlığında diqqətli olmalı, qaydalara riayət etməlidirlər: “Dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu ancaq təmiz havaya çıxarmaq lazımdır. Dəm qazı zəhərlənmələri əsasən, hamam otağında olur. Bədənin hərarəti düşdüyü üçün xəstənin üstünü örtmək və ona isti su vermək lazımdır. Huşu özündə olmayan insanların isə ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın. Bundan sonra isə mütləq təcili yardıma xəbər etmək lazımdır. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. İşarə verən xüsusi qurğular var, onlar qaz cihazlarına yerləşdiriləndə dəm qazı əmələ gələrkən işarə verir və qaz verilişi dayanır”.

A. Maqsudov qeyd edib ki, bu il fevral ayında 2 nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə şöbəyə daxil olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=114902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31