Azərbaycanda yeni porno fırıldağı – Sizə bu mesaj gəlirsə aldanmayın – FOTOFAKT
Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.
Cumhuriyyet.net-in minval.info-ya istinadən verdiyi məlumata görə, hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər.
Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.
Bildiriş mətnində qeyd edilən Cinayət Məcəlləsinin 137-ci maddəsi isə, İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmənin qadağan edilməsi ilə bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=115052