Bakıda küçənin ortasında xanım aparıcını oğlunun yanında döydülər-FOTO

10.03.2018 - 14:15

ATV kanalının keçmiş aparıcısı küçədə tanmadığı oğlan tərəfindən döyülüb.

Kult.az xəbər verir ki, bu barədə aparıcı Sevinc Camalova İnstaqram səhifəsində yazıb. Keçmiş aparıcı bildirib ki, onu avtomobilini Nərimanov rayonunda küçədə saxladığı üçün döyüblər. O, artıq bununla bağlı polisə də müraciət edib:

“Günorta Muradı (oğlu – red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, günorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam”.

Xatırladaq ki, Sevinc Camalova bir vaxtlar ATV kanalında “Özünə bax” verilişinin aparıcısı olub. O, bir müddət Speys TV-də də aparıcı kimi çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=115097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31