Siqaret kor edə bilər

12.03.2018 - 12:31

Britaniya alimləri aşkar ediblər ki, siqaret korluğun yaranmasına səbəb ola bilər

Federal Xəbərlər Agentliyinin məlumatına görə, statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.

Tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, tireoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin, onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur.Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=115219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31