Azərbaycanlı icra başçısının hər kəsin marağına səbəb olan həyatı

12.03.2018 - 13:31

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov gürcü mətbuatının gündəmindədir. Cumhuriyyet.az baku.ws-ə istinadən xəbər verir ki, Gürcüstan KİV-I azərbaycanlı icra başçısını sadə həyat tərzi sürən məmur kimi dəyərləndirib.
Məlumatda bildirilir ki, 2017-ci ildə böyük səs faizi ilə icra başçısı seçilən Temur Abazov icra başçısı seçildiyi gündən sadə vətəndaşların qayğıları ilə maraqlanır, onların problemlərini dinləyir və kömək edir. Bundan başqa, Temur Abazov idmançı olması ilə də diqqət çəkir. O sosial şəbəkələrdə idman zalından fotolarını paylaşaraq gəncləri sağlam həyat tərzi sürməyə dəvət edir. Bu isə hər kəsin marağına səbəb olub.
Teymur Abbasov 1981-ci il dekabrın 2-də anadan olub. 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib; 2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib; 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb; 2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb; 2005-ci ildə MMC “JTI”-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olub; 2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olub; 2006–2007 ci illərdə „ANADOLU” Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olub; 2007–2011 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Meneceri kimi çalışıb; 2011–2015 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb; 2012-ci ildə MMC”Qlobal Kontrakt Konsaltinq”-in Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olub; 2013-cü ildə “Gürcü Arzusu” koalisiyasının Marneuli Seçki Qərargahının sədri olub; 2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub; 2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi; Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir; Ailəlidir, üç övladı var

Short URL: http://www.cumhuriyyet.net/?p=115228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31