Gənc şair Mikayıl Müşfiqi təhqir etdi – FOTO

13.03.2018 - 15:38

Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm.

Oxu.Az-ın xəbərinə görə, bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür.

“Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub.

Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz.

Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E. Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E. Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq.

İkincisi də, ölənlərin ruhuna toxunmayın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=115344

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31