BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində-FOTO

14.03.2018 - 16:49

Bakı Slavyan Universiteti (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi “Barış körpüsü” adlı  kitabı nəşr olunub.

Müəllifin “Barış körpüsü” adlı kitabında ünlü türk sənətçisi Barış Mançonun  Azərbaycanda olarkən bir çox görüşləri, müsahibələri, nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb.

Martın 8-də iki günlük İstanbula işgüzar səfərə gedən Etibar Babayev Barış Mançonun ev muzeyini ziyarət edib. O, dəfələrlə qonaq olduğu, çəkilişlər apardığı bu malikanəyə əliboş getməyib. “Barış körpüsü” kitabının ilk nüsxəsini muzeyə hədiyyə verib.

Olay Türkiyənin HALK (http://www.hedefhalk.com/baris-manconun-anilarinin-anlatildigi-baris-koprusu-kitabi-cikti-1351191h.htm), AĞRIDA HABER (https://www.agridahaber.com/kultur-sanat/baris-mancoyla-anilarindan-baris-koprusu-yapti-h98517.html), GÜNCEL  http://www.mynet.com/haber/guncel/baris-manconun-anilarinin-anlatildigi-baris-koprusu-kitabi-cikti-3850488-1) və digər xəbər portallarında gündəmi tutub.

Xəbərlərdə Azərbaycan jurnalisti Etibar Babayevin Barış Manço haqqında yazdığı kitabla yanaşı, eyni zamanda müəllifin dostu barədə dəyərli fikirlərinə də geniş yer ayrılıb. Etibar Babayev: “Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı; birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir dənə də canlı körpü vardı; Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü” – deyə, bütün Türk dünyasının məşhur sənətçisinin böyüklüyünü özünəməxsus şəkildə ifadə edib.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=115445

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31