Avropaya sığınmaq istəyənlərin sayı açıqlanıb

14.03.2018 - 17:20

Avropa İttifaqının Statistika Xidməti qaçqın statusu almaq istəyənlərlə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ildə Avropa İttifaqının 28 ölkəsinə 704 min 600 nəfər qaçqın statusu almaq üçün müraciət edib. Ən çox müraciət Almaniyaya olub: 222 min 600 nəfər.

Qaçqın statusu almaq üçün ilk dəfə müraciət edənlərin sayı 650 min nəfər göstərilir. 2016-cı ildə 1 milyon 200 min müraciət qeydə alınmışdı.

Status üçün ilk dəfə müraciət edənlər daha çox Almaniyaya üz tutublar. 198 min 200 nəfər bu ölkəni seçib. İtaliya (126 min 600 nəfər) qaçqınları cəlb edən ikinci, Fransa (91 min nəfər) üçüncü ölkədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115451

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31