“İt hürər karvan keçər” – Hacı İbrahim iş adamlarını təhqir etdi

15.03.2018 - 10:30

Məşhur iş adamı Hacı İbrahim Nehrəmli Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.

Cumhuriyyet.net xəbər verir ki, bu haqda “Bizim yol” məlumat yayıb. Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi, lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, dükan alan vətəndaşlar onu yalançılıqda suçlayıb. Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin onlara söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb ediblər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb.

 Məsələ ilə bağlı qəzetə açıqlama veerən Hacı İbrahim Nehrəmli isə problemdən xəbərsiz olduğunu deyib: “İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm.”

Short URL: http://www.cumhuriyyet.net/?p=115491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31