Təranə Qumrala cinayət işi açıldı

16.03.2018 - 15:15

Tanınmış müğənni Təranə Qumral barəsində cinayət işi qaldırılıb.

Bu barədə Oxu.Az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev məlumat verib:

O bildirib ki, Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, üç ilədək azadlıqdan məhrum edilə bilər.

Buna səbəb isə ifaçının Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsidir.

“Cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdim edilib.

Hər iki qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=115621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31