Rusiyalı tennisçi, eks-dünya birincisi, tennis tarixinə adını yazdırmış 10 qadından biri, dünya idmançıları arasında reklam biznesinin ən çox qazanan siması, Mariya Yurevna Şarapova…

O, 1987-ci ildə Sibirdə dünyaya gəlib. Çernobılla əlaqədar olaraq hava çirklənməsinə görə, ailəsi hələ Mariya ana bətnində ikən Belarusiyadan Sibirə köçür. Mariya ilk dəfə tennisə başlayanda 4 yaşı var idi və Soçidə yaşayırdılar.

Maraqlıdır ki, Şarapovanın atası Yuriy Viktoroviç Aleksandr Kafelnikovla dostluq edirdi və Kafelnikovun qızı Şarapovaya ilk raketkasını hədiyyə etmişdi. 1995-ci ildə ölkə turniri keçirildi və Şarapova birinci yeri tutaraq 35 000 dollar məbləğində təhsil qrantı qazandı. Şarapova bu pulla 9 yaşında təhsilini Amerikada akademiyada davam etdirdi.

188 sm boyu olan, 59kq çəkili xanım idmançı öz karyerasına 2001-ci ildə başlayıb. İşçi əli sağ əlidir, zərbəni isə hər iki qolu ilə vurur. Oyun stilinə görə aqressivdir və ot sahəsində oynamağı üstün tutur. Oyunda ona uğur gətirən isə güclü psixologiyası və döyüş ruhu olur. Səsli zərbələrlə oyun müqabilinə təsir edir ( məsələn, oyunlardan birində 1:4 hesabı ilə uduzan Şarapova sona yaxın səsli zərbə nəticəsində qalib gəldi). Hazırda Mariya Amerikada yaşayır.

O, Djef Rubbinlə birlikdə “Sugarpova” adlı şirniyyat brendi yaradıb. Şirkət 2012-2015-ci illərdə “Sugarpova-beynəlxalq tennis sensasiyası olan Şarapovanın ironik, dəbli, şirin tərəfini özündə əks etdirən yüksək səviyyəli şirniyyat xətdidir” yazılı şirniyyat istehsal edib.

Mariyanın köməkçisi bildirib ki, 2013-cü ildə Şarapova soyadını Sugarpova dəyişmək istəyib. Lakin bunu etməyib.

Şarapovanın şirniyyat sevgisi 2016-cı ildə Baron Chocolatier şirkəti ilə əməkdaşlıq etməyə və yeni şokolad brendi yaratmağa sövq edib. 2016-cı ilin mayından yeni şokolad istehsalına başlayan Şarapova şirkəti genişləndirəcəyini açıqlayıb.

Nərmin

Minval.İnfo