Şahbaz Xuduoğlu: “Müəlliflər maraqlı kitab yazmır, ona görə də…”

17.03.2018 - 10:35

Ramil Nəcəfli: “Günahkar yazıçıların özüdür”; Cəlil Cavanşir: “Kitabım satılmadığı üçün ədəbiyyatdan getməyi düşündüm”

“Hər bir insanın cəmiyyətdə dəyəri onun oxuduğu kitablarla ölçülür”. Bu deyimi nəzərə alsaq deyə bilərik ki, cəmiyyətin əxlaqının əsasında kitab dayanır. Lakin son illərdə kitaba olan marağın xeyli azaldığının şahidi oluruq. Əvvəllər ictimaiyyətdə, nəqliyyatda insanların əlindən kitab düşmürdüsə, hazırda onun yerini mobil telefonlar əvəzləyib. İnsanların əksəriyyəti artıq kitab oxumaq, müxtəlif məlumatları əldə etmək üçün kitabxanalara gedib, saatlarla vaxt sərf etmir, bunun üçün internet resuslarından, ağıllı telefonlardan istifadə edir.

Lakin Avropanın bir çox inkişaf etmiş ölkələrində vəziyyət əksinədir. Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə zaman keçdikcə, kitaba qayıdış daha da artır. Məsələn, bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur, Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Belə ki, araşdırmaya görə Qafqaz ölkələri arasında Ermənistanda 39, Gürcüstanda 47, Azərbaycanda isə oxucuların göstəricisi 11 faizdir.

Yaşlı, eləcə də gənc yazıçılarımız da kitaba olan marağın azlığından şikayətlənir. Bəs əsas səbəb nədir?

Ramil Nəcəfli ile ilgili görsel sonucu

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, bu məsələdə günahkar yazıçıların özüdür: “İnsanları kitab oxumağa həvəsləndirmənin müxtəlif yolları var. Kitab oxuyarkən ondan zövq almalı, nələrdənsə imtina etmək lazımdır. Lakin bir çox kitabda insanlara motivasiya yaradacaq bir şey görünmür. Çünki insanlar düşünür ki, onları həyata motivasiya edən başqa amillərdir. Məsələn, kimisi musiqiyə, kimisi dostları ilə birlikdə restoran və ya kafelərdə vaxt keçirməyə maraq göstərir və digər enerjilərini, həvəslərini paylaşacaq yerlərə üstünlük verir.

Bəzən bunu onunla əsaslandırırlar ki, “mən kitab oxumaqla nəsə bilgi əldə edəcəyimi düşünmürəm”. Artıq insanlar kitabı zehin, bilik qaynağı kimi görmür. Hansısa məlumatı əldə etmək üçün daha çox internet resurslarından, televiziya kanallarından istifadə edilir. Halbuki kitab oxumaq çox xeyirlidir, sadəcə insanlar bunun fərqində deyillər. Olsa bilsin ki, kitabla bağlı kifayət qədər təbliğat aparılmır. Məsləhət görərdim ki, işə yarayan kitablar oxunsun”.

Yazıçı Cəlil Cavanşir ile ilgili görsel sonucu

Yazıçı Cəlil Cavanşir isə qeyd etdi ki, sonuncu kitabının təqdimatından sonra oxucularından inciyib: “Dekabr ayında sonuncu kitabımın təqdimatından sonra artıq ədəbiyyatla məşğul olmayacağımı bəyan etmişdim. Bu səbəbdən bir müddət sosial şəbəkələrdən uzaqlaşdım. Yəni oxuculardan incimişdim. Gözlədiyim qədər kitabımın satılmaması məni çox narahat etdi və bu barədə çox düşündüm ki, ümumiyyətlə Azərbaycanda ədəbiyyatla məşğul olmağa dəyərmi? Bunu bütün azərbaycanlı yazarlar təsdiq edər ki, ölkəmizdə ədəbiyyatla məşğul olmaq xoş gələcək vəd etmir, kitab yazmaq bizə avantaj qazandırmır. Bütün qələm adamlarının oxucuları demək olar ki, aşağı-yuxarı eynidir.

Kitabları çox sayda satılan yazarlar da var ki, hər zaman müzakirə edilir ki, doğrudanmı onlar ədəbiyyata lazımdır? Şəxsən mən düşünürəm ki, Azərbaycanda bizim arzuladığımız qədər oxucu yoxdur. Yəni bizim seçdiyimiz əziyyətin müqabilində yazdığımız kitabdan ürəyimiz istədiyimiz qədər qazanc əldə də bilmiriksə, sadəcə kitab yazaraq, ədəbiyyatla məşğul olaraq yaşaya bilmiriksə, bu artıq o deməkdir ki, ölkəmizdə kitaba, ədəbiyyata maraq çox zəifdir”.

Yazıçı qeyd edib ki, xarici yazarların kitablarına maraq daha çoxdur: “Lakin son dönəmdə ölkəmizdə kitab bazarındakı vəziyyətlə bağlı onu deyə bilərəm ki, xarici yazarların kitabları çox məşhurdur. Hazırda daha çox Amerika və Türkiyə yazarlarının kitabları satılır. Əgər belə olmasaydı kitablar, nəşriyyatlar fəaliyyətini dayandırardı. Yeni gənclik var ki, onların çevrəsində kitablar çox yaxşı oxunur, müzakirə edilir”.

Yazıçının sözlərinə görə əsas problemlərdən biri də kitabların təbliğatı ilə bağlıdır: “Kitabın təbliğatı ilə dövlət qurumları, o cümlədən, Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi məşğul olmalıdır. Onların da kitaba qarşı münasibəti birmənalı deyil. Çoxları öz çevrəsində, dost-tanış arasında ədəbiyyatla məşğul olur, öz aləmlərində böyük ədəbiyyat yaradır, şəxsi hesablarına Türkiyədə kitab çap etdirir, öz təbliğatları ilə məşğul olurlar. Amma əslində bu gün Azərbaycanda gənc nəslin təbliğatına daha böyük ehtiyac var”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə vəziyyətin o qədər də acınacaqlı olmadığını bildirib:

“Oxucular var, maraqlı kitabları alır, oxuyurlar. Sadəcə oxucuların zövqünə uyğun kitabların müəllifləri azdır. Məsələn, bəşəriyyətin qısa tarixinə dair bir xarici tarixçinin kitabını tərcümə edib çap etdiririk. Təsəvvür edin ki, həmin kitab 2000 sayı qədər satılır. Gəlin indi diqqət edək ki, Azərbaycanda hansı tarixçimizin kitabı 500-dən artıq sayda nəşr olunsun? Niyə, çünki müəlliflər maraqlı yazı yazmırlar. Səbəb birinci yazıçıların özündədir. Əgər o yazıçının hansısa əsərindən oxucu nəsə götürmür, məlumat almır, onun dünya görüşünün genişlənməsinə bir rolu olmursa, o kitabı almır. Hazırda heç kəs yerli məhsul almır. Çünki xarici məhsulun keyfiyyətinə inanır. Bu da oxşar məsələdir. Kitabxanalara da maraq kifayətedicidir. Kitabxanalara maraq heç vaxt azalmayacaq, əksinə, artacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115690

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930