Məmmədyarov qalib gəldi, liderliyə şərik oldu
Berlində şahmat üzrə İddiaçılar turnirinin altıncı turu yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Vladimir Kramnik arasında keçirilən partiya 64-cü gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb.
Bununla xallarını 4-ə çatdıran şahmatçımız amerikalı Fabiano Karuana ilə ilk pilləni bölüşdürür.
Qeyd edək ki, turnirin qalibi Norveçli Maqnus Karlsenlə matçda çempionluq tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=115697