Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri – VİDEO

17.03.2018 - 11:35
Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində 6 nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”-nın sürücüsü Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı, həmçinin “VAZ 2107”-nin sərnişinləri olan Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu və 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu ağır xəsarətlər alaraq hadisə yerində dünyasını dəyişib.
“VAZ 2107”-nin sürücüsü, Ağsu sakini, 1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Dünyasını dəyişən şəxslərin meyitləri deformasiyaya uğramış avtomobillərdə qaldığı üçün əraziyə FHN-in xilasediciləri cəlb olunub və meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115701

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930