Sumqayıtda “Karvan”da yanğından 325 min manat zərər çəkmiş sahibkarlar Zakir Qaralova müraciət edirlər

17.03.2018 - 14:43

Cumhuriyyet.net-in redaksiyasına Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən  baş prokuror Zakir Qaralova ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Şikayətçilər müraciətlərində  bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də onlara dəyən zərər ödənilmir.Sahibkarlar problemlərinin həll olumasında baş prokurordan kömək istəyirlər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Baş Prokuror ,əslində  siz bizim  problemlə tanışsız.

Keçən il  yanvarın Sumqayıtda vətəndaşlarla qəbul keçirərkən sizinlə görüşmüşük,problemimizi sizə demişik.Bundan başqa dəfələrlə bu məsələ ilə bağlı Baş prokurorluqda olmuşuq,həmçinin ümumilikdə rəhbərlik etdiyiniz quruma yüzlərlə məktub göndərmişik.Amma bütün bunlara baxmayaraq artıq 5 ildir  “Karvan” TM-in rəhbəri dəymiş ziyanı ödəmək istəmir.

Xatırladaq ki,biz Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva ,2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmüşük.

Bizə 325 min manat miqdarında zərərin dəyməsi  rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu,zərəri ödəməli olan tərəf -“Karvan”ın rəhbəri tərəfindən də  təsdiqlənsə də o bizə dəyən  zərəri ödəmək istəmir.

Qeyd edək ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanmışdır.

O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib)bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.

Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min )  yanğından ümumilikdə  325 min manat  zərər dəyib.

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədov  min bir bəhanə ilə pulumuzu ödəmir.

Halbuki biz  neçə illərdir  müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz  də var.

Amma  hüquqi şəxs kimi  “Karvan” Ticarət Mərkəzinin rəhbəri  sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa  da indi kimlərəsə arxalanaraq  gah sığortanı,gah  başqa şeyləri bəhanə  gətirərək,bizə dəyən ziyanı ödəmək istəmir.

Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.

İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu  arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin  o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.

Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dedyinə görə bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının  qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur? .

İnqilab Nəsirov

Bundan başqa  biz Ali Məhkəmənin  hakimi İnqilab Nəsirovdan  da şikayətçiyik.

Belə ki, məhkum  İ.Bayramov  həbsxanadan  2016-cı il noyabrın 10-da Ali Məhkəməyə  müraciət  edərək   xahiş edib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin  20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il  6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına  qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin  hakimi İnqilab  Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən  məhkəmə kollegiyası da   kassasya şikayətini  “qismən”təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox,gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib,onu demək olar ki,azadlığa buraxıb.Halbuki məhkum heç bunu xahiş  edib istəməyib…

Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə  borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik.

Göndərdiyimiz bir topa sənədlərin fotosundan  görmək olur ki, şikayətlərimiz rekord sayda-minlərlə  olsa da bəzi məmurların,hansısa  “böyük  bir sirli qüvvənin” səbəbindən biz öz  halal pullarımızı ala bilmirik.

Bizim döymədiyimiz qapı,müraciət etmədiyi dövlət qurumu qalmayıb,amma xeyri yoxdur. Bir neçə dəfə bizim şikayət mətbuatda da dərc olunub,amma bizim məsələyə  nə rəsmi orqanlar tərəfindən müsbət reaksiya gəlməyib,nə də “Karvan”ın rəhbəri Kamil Əhədov tərəfindən.

Dəfələrlə problemimizlə bağlı prezident İlham Əliyevə, müraciət etmişik,amma  birmənalı olaraq bir dəfə də olsun  heç birimizə bir cavab gəlməyib.

Fikrimİizcə bu 5 il ərzində bizim ölkə başçısına  ünvaladığımımız  yüzlərlə rəsmi şəkildə məktuba, ərizəyə,teleqrama ona görə cavab gəlmir ki,onlar  ünvanına çatmır.

Bu şikayətlər çox güman kənara qoyulur və ya onların  çatmasına imkan vermirlər,qoymurlar.Çünki əks halda mən inanıram ki, ən azından problemimizlə bağlı  prezidentə, birinci xanım,vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız müraciətlərə mütləq cavab gələrdi.

Biz deputatlar aidiyyatı qurumlara ,məsul məmurlara  yüzlərlə  müraciət etmişik. Amma bütün bu müraciətlər cavabsız qalıb,ya da deyilib ki, araşdırılacaq.Bir sözlə “yola verilir”

Sual oluna bilər ki,biz niyə mallarımızı vaxtında sığortalamamışıq?!Buna cavab olaraq bildirim ki,o zaman hələ sığorta sistemi tam təkmilləşməmişdir.Ən əsası isə “Karvan” Ticarət Mərkəzi o zaman MMC idi  və onun nizamnaməsi də bizim ayrılıqda hansısa sığorta şirkəti ilə müstəqil şəkildə müqavilə bağlamağa imkan,yol vermirdi,biz icazəsiz mağazamıza bir mismar belə vura bilməzdik və heç bir sığorta şirkəti ayrıca risk edib dükanımızı sığortalamazdı.

Bildiyimizə görə “Karvan” da sahibkarlar heç indi də sığortalanmayıb.

Biz məhkəməyə müraciət etməzdən əvvəl Ağamirzə Əhədovla görüşdük və  o söz verdi ki,dəymiş ziyanı hissə-hissə ödəyəcək. Amma sonradan boyun qaçırdılar.

Bu necə ola bilər ki,məsul şəxs ,hüquqi şəxs məlum ola-ola bizim qanuni haqqımız,bizə  dəyən ziyan niyə ödənilmir?!Biz  qanunlara söykənmişik ,dövlətçiliyə arxalanmışıq və fikirləşirik ki,dövlət də bizim arxamızda durmalıdır.

II qrup əlil olan Dilavər Abdullayeva xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə  gedərək öz haqqını tələb etməyə məcburdur,çünki “Karvan”da  yanğın onu müflis edib ,maddi vəziyyəti ağırlaşıb.Yanan malların pulunu vermək üçün o evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb və indi banka da pulunu 2 aydır verə bilmədiyinə görə bank onun evini əlindən almaq istəyir,ödəniş üçün vaxt qoyub.

“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı.Amma bu puldan bizə heç nə verilmədi.

Dəhşətlidir ki,minlərlə şikayət ərizəsi yazılıb ,məsələ göz qabağındadır ,kimin kimə verəcəyi  tam aydındır amma öz həllini tapmır…

Yaxşı onda biz kimə şikayət edək?!Qarşıdan prezident seçkiləri gəlir,biz indi seçici kimi öz dövlətimizi qoyub başqa dövlətə müraciət edək?!

Bizim günahımız nədir ki,biz dükanlarımızı bağlayıb evə getmişik,”Karvan”ın rəhbərliyi mallarımızın təhlükəzsizliyi qoruya bilməyib.Lap tutaq ki,hadisədir baş verib,lakin bizim mallarımızın təhlükəsizliyinə “Karvan”ın rəhbərliyi cavabdeh olduğundan dəyən ziyanı o ödəməlidir.Bəs necə olur ki,bizdən illərlə xeyir götürüb ,ancaq öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək istəmirlər,ziyanımıza yaxın durmurlar… Biz axı sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, ”Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük.

Bu işlə bağlı  müraciət etdiyimiz şəxslərin siyahısı: Millət vəkililəri  Qənirə Paşayeva,Əli Hüseynli,Elmira Axundova  ,Yevda Abramov, spiker Oqtay Əsədov, Milli Məclis sədrinin müavini Bahar Muradova , Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Sumqayıtdan seçilən millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, , Baş Prokurorun birinci müavini  Rüstəm  Usubov, Sumqayıt prokuroru Sərdar İmanov,ombudsman Elmira Süleymanova…

Bu hələ biz  problemimizlə bağlı müraciət etdiyimiz  dövlət adamlarının tam siyahısı deyil.

Sığortadan əlavə rəhbər şəxs olaraq  “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz  yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər.

Sual doğurur nədən qaynaqlanır belə acı nəticə-dəhşətli yanğın?!

1 -cisi heç bir normativə uyğun gəlməyən ticarət mərkəzi tikilib orda.Yəni, ticarət mərkəzində  elektirik naqilləri, havalandırma sistemi normal olmayıb, yangınsöndürən balonlar , yanğını söndürmək üçün  su xətləri,su anbarı, su şırnağı olmayıb, ticarət mərkəzində yanğınla bağlı heç bir məlumat verilməyib ,təlim keçirilməyib,ticarət mərkəzində normadan artıq kondisioner  olduğuna görə  işıq naqilləri normativə uyğun olmayıb. Bütün bunların səbəbindən də yanğın  ağır fəsadlara  gətirib çıxardı. Əgər  bütün sadalananlar olsaydı  və sahibkarlara deyilsəydi ki, yanğın zamanı nə etmək lazımdır, bu qədər acı nəticə olmazdı,minlərlə insan külli miqdarda ziyana düşməzdi.

Yəni  bu sahibkarların günahı yox ,məhz “Karvan”ın rəhbərliyinin  günahı ucbatından baş verib.

Axı bizim kimi  sadə vətəndaşların şikayətlərinə  bu qədər laqeyd ,etinasız yanaşıb bizi dövlətdən incik salacaq məmurların qanunsuzluq etmələrinə, qanunsuzluqlara göz yummasına imkan vermək olmaz.

Hörmətli Zakir müəllim xanım buz sizə neçə dəfə müraciət etmişik və siz də  həmin müraciətlərə reaksiya vermisiz və məsul şəxsl aidiyyəti üzrə baxılması üçün məktub göndərmisiz.Amma əfsuslar olsun ki,bunların heç bir xeyri olmayıb.Siz belə müraciətdən yenə də göndərsəz,çox güman yenə də heç bir mübət reaksiya olmayacaq.

Biz sadə adamlarıq ,yanğından sonra bizə külli miqdarda zərər dəydiyindən biz iflas olmuşuq və  daha sahibkarlıqla da məşğul deyilik.Hal-hazırda dolanışığımıza çətinliklə təmin edirik.

Məgər bizim haqqımız yoxdur  ki,haqqımızı tələb edilsin və  təmin olunsun?!

Bizim mülki qaydada etdiyimiz  iddiamız  təmin olunsa da  baxılmamış saxlanılıb ki,bu da qanunsuzdur.Məhkəmə  deyir ki,biz cinayət işinə baxırıq.

Biz haqq-ədalətin bərqərar olmasını  istəyirik,bundan başqa nəinki qanunla,insani, mənəvi baxımdan  bizə dəyən ziyanın ödənilməsi   düzgündür”,- deyə şikayətçilər bildirir.

2016-cı ilin dekabrın axırında sizin müavininiz Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.

2017-ci il yanvarın 30-u siz Sumqayıtda vətəndaşları qəbul edərkən bizi də qəbul etdiz.  Cənab Zakir Qaralov siz bizə konkret dediz ki, ziyan mütləq ödənilməlidir,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə siz şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni  ödənilsin. Biz Sumqayıt icra hakimiyyətinə gedəndə məlum oldu ki,bu müraciət də , Qənirə Paşayevanın da, Ziyafət Əsgərovun da Zakir Fərəcova müraciəti  icra hakimiyyətindəki qovluqdadır,amma  əfsuslar olsun ki,icra olunmayıb .

Baş prokurorla görüşdən sonra  biz Sumqayıtın baş prokurorluğunda Sumqayıtın baş prokuroru  Sərdar İmanovla görüşdük.Orda prokuror Kamil Əhədovdan soruşanda ki, “niyə ziyanı zərərçəkmişlərə ödəmirsiz?”,o dedi ki,”pulum yoxdur”.Bununla iş qurtarır,vəssalam.Elə bil kimsə onları himayədarlıq edir deyə biz  halal haqqımızı ala bilmirik.

Sumqayıt icra başçısının müavini deyir ki,siz sığortaya,məhkəməyə müraciət edin.Məhkəmə isə bizim işin mülki qaydada etdiyimiz müraciətə baxmır.Cinayət işinin mülki hissəsini açıq saxlayır. İsməli Bayramova qarşı cinayət işi qaldırdılar,onu təqsiri sübut olunub,özü də etiraf edib.Əgər onun günahı  yoxdursa onda günahkar müəyyən olunsun.İnqilab Nəsirovun verdiyi qərar qanuna tam ziddir.Əgər günahı yox idisə  İsməli Bayramov  niyə cəzalanır  və sonra da  demək olar ki,buraxılır?! Bunu da eyni hakim  edir-İnqilab Nəsirov.Bu baxımdan İnqilab Nəsirovun son qərarı tam məntiqsiz,ədalətsiz qərardır.

Ona görə bu işə yenidən baxılmalıdır.Bizim  döymədiyiz qapı,getmədiyimiz dövlət qurumu yer,yazmadığımız instansiya,görüşmədiyimiz  yüksək vəzifəli məmur qalmayıb amma bütün bunlara baxmayaraq  bizim  qanunla da təsdiq olumuş haqları təmin olunmur,”Karvan”ın rəhbərliyi pullarını  5 ildir vermir. Müraciət etdiyimiz bütün məsul şəxslər vəd verirlər ki, pulumuz qaytarılacaq ,söz verirlər ki,məsələmizi araşdıracaqlar , problemimizlə bağlı müvafiq adamlara müraciət  edəcəklər,bəziləri həqiqətən də məktublar da ünavanlayıblar,amma bütün bunların konkret heç bir xeyri olmayıb.Bizə  vəd yox ,dəyən ziyanın ödənilməsi lazımdır.

Hörmətli  baş prokuror 2013-cü ildə Sumqayıtda “Karvan”da  baş verən  məlum yanğından sonra  maddi,mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaşlar kimi  sizdən xahiş edirik ki,bu məsələnin  tez bir zamanda həll olunmasına göstəriş verəsiniz.Çünki bazarın hal-hazırki  rəhbəri Kamil Əhədov dəfələrlə bizimlə görüşəndə deyib ki,”kimə gedib şikayət edirsiz,hara şikayət edirsiz  edin,nə bilirsiz edin ,mən sizə pul ödəyən deyiləm,çünki sizin əlinizdə bir rəsmi sənəd yoxdur ki,mən ödəniş edim”.Biz bizə dəyən ziyanın ödənilməsini qanuni şəkildə tələb edirik.

Dəfələrlə Sumqayıt icra başçısının qəbuluna yazılırdıq,amma hər dəfə bizi qəbuluna yazıldığımız icra başçısı Zakir Fərəcov özü yox ,başqa bir məmurlar-müavinləri,hüquqşünas  qəbul edirdi.3 ildir  Zakir Fərəcov icra başçısıdır, 3 ildir ki, dəfələrlə onun qəbuluna yazılsaq da qəbuluna düşə bilmirdik.

Axır ki, Prezident Administrasiyasına çoxsaylı get-gəldən ,tələblərimizdən sonra oradan bizə dedilər gedin icra başçısı özü qəbul edəcək və nəhayət ki,icra başçısı bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində  qəbul etdi. Şəhərin 4-cü mikrorayon ərazisində yerləşən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində keçirilən görüşdə hörmətli Zakir Fərəcova insafən  bizim üçümüzü də diqqətlə dinlədi,problemimizə həssaslıqla yanaşdı və bildirdi ki,üstündən 5 il keçsə də  məsələ həllini tapmalıdır və bizi diqqətlə dinlədikdən sonra yazılı şəkildə müavini Fəzail  Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.Biz vətəndaşların problemini dinləyib bu problemin həll oluması ilə bağlı göstəriş verməsinə görə təşəkkür edirik.

Bu görüşdən  bi müddət sonra biz məsələnin nə yerdə qalmasını öyrənmək üçün icra hakimiyyətində olduq və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Həzi Əkbərov ilə görüşdük.O bizə bildirdi ki,icra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb  və onunla  danışıb . Amma belə başa düşdük ki,qarşı tərəf bizim pulumuzu ödəmək fikrində deyil.

Əlbəttə icra başçısının vətəndaşları qəbul edib dinləməsi yaxşı haldır. Prezident İlham Əliyev vətəndaşların ərizə, şikayət və uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılmasını, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsini bütün dövlət orqanları, eləcə də icra strukturları qarşısında mühüm vəzifələrdən biri kimi qoymuşdur. Sumqayıt şəhərində də  ölkə başçısının tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilməsi, vətəndaşları narahat edən  problemlərin uğurlu həllinə nail olmaq üçün şəhər sakinlərini dinləniməsi  təqdirə layiqdir.Amma bu qəbul təkcə qəbul xatirinə olmamalıdır,onun  müsbət nəticəsi olmalıdır.Ortada isə konkret nəticə yoxdur.Belə çıxır ki,növbəti dəfə vəd verilir ,amma əməl olunmur,bizə isə dəymiş ziyanın ödənilməsi lazımdır, quru vəd yox.

Biz hüquqi dövlətdə yaşayırıq, amma məhkəmələrdə ,yerlərdə bəzi məmurlar bizim şikayətimizə laqeyd yanaşır,məhkəmənin çıxardığı qərarı icra olunmasına zərrə qədər səy göstərmirlər,şikayətlərimizə cavab da veriləndə yalnız o deyilir ki,məsələ araşdırılacaq .Amma məsələ həllini tapmır.

Xahiş edirik  bu məsələnin həllinə köməklik göstərəsiniz.

Mən bilmirəm kimin arxasında kim durur ki,biz öz halal haqqımızı ala bilmirik,amma biz inanırıq qanunun aliliyindən heç kim üstün ola bilməz.

Cənab  baş prokuror,Sizdən xahiş edirik bizim problemin həll olunmasına,daha yüksək səviyyədə qaldırılmasına,qanunun ,ədalətin bərqərar olunmasına  köməklik göstərəsiz,bu məsələni diqqətinizdə saxlayasınız”.

Hörmətlə və böyük ümidlə:

Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

Dilavər Abdullayeva–(050) 560 30 74

Cumhuriyyet.net




https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115745

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930