Bakıda qadın sərnişin sürücünü söyüb yumruqladı – Video

19.03.2018 - 15:56

Bakıda qadın sərnişin marşrut avtobusu sürücüsünü döyüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda baş verib.

İki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən avtobusu sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub.

Daha sonra isə mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu “Xaliq Faiqoğlu ” şirkətindən bildirilib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=115866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31